Vebinar haqqında
Webinar languages: Azerbaijani and English
Sizləri vebinara qoşulmağa dəvət edirik! Burada CyberArk platformasının PAM həllini və digər bütün növ hesablar və maşın identifikasiyalarının qorunması üçün mövcud olan kompleks həllərini müzakirə edəcəyik!
Rəqəmsal sertifikatlarınız iş fəaliyyətinin dayanmasına səbəb ola və ya hücum ilə qarşılaşa bilər. Bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görmək olduqca vacibdir. Biz CyberArk platformasının imkanlarını daha geniş kontekstdə müzakirə edəcək və yeni məhsul — CyberArk Certificate Manager (əvvəlki adı Venafi) ilə tanış edəcəyik.
CyberArk Certificate Manager kibertəhlükəsizlik komandalarına, tətbiq sahiblərinə və tərtibatçılara artmaqda olan TLS identifikatorlarını effektiv idarə etməyə kömək edir. Bu həll nasazlıqların qarşısını alır, təhlükəsizliyi artırır və insan faktoru ilə əl əməliyyatlarından yaranan riskləri aradan qaldırır. Certificate Manager sizin TLS açarları və sertifikatlarınızın bütün həyat dövrünü müəyyən edir, yoxlayır və avtomatlaşdırır.
Bundan əlavə, müştərilərimiz üçün təqdim etdiyimiz customer care yanaşmasından və üstünlüklərindən bəhs edəcəyik. Həmçinin, sizləri yeni regional CyberArk meneceri ilə tanış edəcəyik!
Vebinar kimlər üçün faydalı olacaq?
CISO və informasiya təhlükəsizliyi komandalarının rəhbər heyəti üçün
sertifikatların mərkəzləşdirilmiş idarəetmə strategiyasının qurulması, risklərin azaldılması və hücumlara qarşı davamlılığın artırılması məqsədilə.
İnformasiya təhlükəsizliyi mühəndisləri üçün
açarlar və sertifikatlarla iş zamanı olan zəifliklərin effektiv aşkarlanması və avtomatlaşdırılmış həllərin tətbiqi üçün.
DevOps mütəxəssisləri üçün
sertifikat idarəçiliyinin CI/CD proseslərinə inteqrasiyasını sadələşdirmək və bulud/konteyner mühitlərində təhlükəsizliyi təmin etmək məqsədilə.
IT administratorlar üçün
sertifikatların həyat dövrünün optimallaşdırılması, gündəlik işlərin avtomatlaşdırılması
və vaxtı keçmiş və ya hücuma uğramış açarların səbəb olduğu fasilələrin qarşısını almaq üçün.
Məzmun
CyberArk bu gün: təkcə PAM həlli deyildir
CyberArk platformasına ümumi baxış
Certificate Manager SaaS (ex. Venafi): maşın identifikasiyalarının idarə olunması üçün həll
· Niyə sertifikatlar risk yaradır və bu riski necə idarə etmək olar
· Əsas çətinliklər: nəzarətsiz həyat dövrü, avtomatlaşdırmanın olmaması
· Həllin arxitekturası
Demo: sertifikatların avtomatlaşdırılmış şəkildə idarə olunması
· Mərkəzləşdirilmiş idarəetmənin real nümunəsi
BAKOTECH-in müştəriləri üçün tətbiq etdiyi customer care yanaşması
Spikerlər

Farhad Ahmadov
Territory Manager, BAKOTECH
BAKOTECH şirkətində Territory Manager – kibertəhlükəsizlik sahəsində CyberArk həlləri üzrə ixtisaslaşır. İmtiyazlı girişlərin idarə olunması (PAM) və hesab məlumatlarının qorunması sahəsində praktiki biliklərə malikdir. Şirkətlərə effektiv informasiya təhlükəsizliyi strategiyalarının qurulmasında kömək edir.

Bohdan Osadchyi
Junior Sales Engineer, BAKOTECH
CyberArk həlləri üzrə peşəkar məsləhətlər və texniki dəstək göstərilməsində ixtisaslaşır. Həllərin nümayişini keçirir və müştərilər üçün pilot layihələrin həyata keçirilməsində dəstək olur. Bohdan ixtisaslaşdığı sahələr üzrə yüksək dərəcəli sertifikatlara malikdir:
● PAM Defender
● VSA Datacenter
● VSA Cloud Administrator.
Qeyd edir ki, öz işində ən çox kibertəhlükəsizlik sahəsindəki məhsulların mürəkkəbliyi onu cəlb edir – bu da müştərinin ehtiyaclarına uyğun dərin tədqiqat və fərdiləşdirmə üçün geniş imkanlar yaradır.
Vebinarda iştirakdan nə əldə edəcəksiniz?
Əsas risklərin başa düşülməsi
sertifikatların nəzarətsiz idarə olunmasının hansı təhdidlər yaratdığını və bunların biznesə necə təsir göstərə biləcəyini öyrənin
Praktiki həllər
CyberArk Certificate Manager (ex. Venafi) vasitəsilə rəqəmsal hesabların idarə olunmasının necə avtomatlaşdırıldığını və insan faktorunun necə minimuma endirildiyini nümayiş edin.
Demo hissə
real nümunələr üzərindən sertifikat və açarların mərkəzləşdirilmiş idarəetməsinin necə işlədiyini izləyin.
Mütəxəssislərdən cavablar
spikerlərə suallarınızı ünvanlayın və infrastrukturunuzun təhlükəsizliyini artırmaq üçün dəyərli tövsiyələr əldə edin.
To start
Registration