INDEX.PHP: PAM-dan maşın identifikasiyalarına qədər: CyberArk-ın geniş kibermühafizə platforması və yeni məhsul – Certificate Manager
Vebinar haqqında
Vebinar kimlər üçün faydalı olacaq?
CISO və informasiya təhlükəsizliyi komandalarının rəhbər heyəti üçün
sertifikatların mərkəzləşdirilmiş idarəetmə strategiyasının qurulması, risklərin azaldılması və hücumlara qarşı davamlılığın artırılması məqsədilə.
İnformasiya təhlükəsizliyi mühəndisləri üçün
açarlar və sertifikatlarla iş zamanı olan zəifliklərin effektiv aşkarlanması və avtomatlaşdırılmış həllərin tətbiqi üçün.
DevOps mütəxəssisləri üçün
sertifikat idarəçiliyinin CI/CD proseslərinə inteqrasiyasını sadələşdirmək və bulud/konteyner mühitlərində təhlükəsizliyi təmin etmək məqsədilə.
IT administratorlar üçün
sertifikatların həyat dövrünün optimallaşdırılması, gündəlik işlərin avtomatlaşdırılması
və vaxtı keçmiş və ya hücuma uğramış açarların səbəb olduğu fasilələrin qarşısını almaq üçün.
Məzmun
1
1
CyberArk bu gün: təkcə PAM həlli deyildir
· CyberArk platformasına ümumi baxış
2
2
Certificate Manager SaaS (ex. Venafi): maşın identifikasiyalarının idarə olunması üçün həll
· Niyə sertifikatlar risk yaradır və bu riski necə idarə etmək olar
· Əsas çətinliklər: nəzarətsiz həyat dövrü, avtomatlaşdırmanın olmaması
· Həllin arxitekturası
3
3
Demo: sertifikatların avtomatlaşdırılmış şəkildə idarə olunması
· Mərkəzləşdirilmiş idarəetmənin real nümunəsi
4
4
BAKOTECH-in müştəriləri üçün tətbiq etdiyi customer care yanaşması
Spikerlər

Farhad Ahmadov
Territory Manager, BAKOTECH
BAKOTECH şirkətində Territory Manager – kibertəhlükəsizlik sahəsində CyberArk həlləri üzrə ixtisaslaşır. İmtiyazlı girişlərin idarə olunması (PAM) və hesab məlumatlarının qorunması sahəsində praktiki biliklərə malikdir. Şirkətlərə effektiv informasiya təhlükəsizliyi strategiyalarının qurulmasında kömək edir.

Bohdan Osadchyi
Junior Sales Engineer, BAKOTECH
CyberArk həlləri üzrə peşəkar məsləhətlər və texniki dəstək göstərilməsində ixtisaslaşır. Həllərin nümayişini keçirir və müştərilər üçün pilot layihələrin həyata keçirilməsində dəstək olur. Bohdan ixtisaslaşdığı sahələr üzrə yüksək dərəcəli sertifikatlara malikdir:
● PAM Defender
● VSA Datacenter
● VSA Cloud Administrator.
Qeyd edir ki, öz işində ən çox kibertəhlükəsizlik sahəsindəki məhsulların mürəkkəbliyi onu cəlb edir – bu da müştərinin ehtiyaclarına uyğun dərin tədqiqat və fərdiləşdirmə üçün geniş imkanlar yaradır.
Vebinarda iştirakdan nə əldə edəcəksiniz?
Əsas risklərin başa düşülməsi
sertifikatların nəzarətsiz idarə olunmasının hansı təhdidlər yaratdığını və bunların biznesə necə təsir göstərə biləcəyini öyrənin
Praktiki həllər
CyberArk Certificate Manager (ex. Venafi) vasitəsilə rəqəmsal hesabların idarə olunmasının necə avtomatlaşdırıldığını və insan faktorunun necə minimuma endirildiyini nümayiş edin.
Demo hissə
real nümunələr üzərindən sertifikat və açarların mərkəzləşdirilmiş idarəetməsinin necə işlədiyini izləyin.
Mütəxəssislərdən cavablar
spikerlərə suallarınızı ünvanlayın və infrastrukturunuzun təhlükəsizliyini artırmaq üçün dəyərli tövsiyələr əldə edin.